Dekabr ayında Rusiyada bir ton aviasiya kerosininin orta qiyməti ilin əvvəli ilə mqayisədə 34,76% artaraq 62 890 rubl (843 ABŞ dolları) təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") məlumatında deyilir.
Qeyd olunur ki, noyabr ayı ilə müqayisədə dekabrda aviayanacağın qiyməti 3,9% artıb.
Xüsusilə də paytaxt hava limanlarında yanacağın bahalaşması qeyd olunur. Belə ki, dekabrda Vnukovo aeroportunda yanacaqdoldurma şirkətindən asılı olaraq noyabr ayı ilə müqayisədə 5,3-5,4%, Domodedovoda 1,9%, Şeremetyevoda üç şirkətdən ikisində müvafiq olaraq 3% və 4,5% bahalaşıb.