Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkə üzrə aşağı karbonlu inkişaf strategiyasının yekun variantını hazırlayıb. Sənədə BMT-nin iqlim konfransı ərəfəsində baxılır.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.
Onun sözlərinə görə, strategiya artıq hökumətə təqdim olunub.
M. Reşetnikov əlavə edib ki, 2050-ci il üçün nazirlik iqtisadiyyatın karbon tutumluluğunun altı dəfə azalacağını və elektrik enerjisinin qiymətinin 26% artacağını gözləyir.