Bank Of Baku

Rusiyadan ABŞ-a neft ixracı 20 dəfədən çox azalıb

Rusiyadan ABŞ-a neft ixracı 20 dəfədən çox azalıb
# 01 aprel 2022 10:14 (UTC +04:00)

Bu ilin yanvar ayında Rusiya ABŞ-a ən böyük neft tədarükçüləri reytinqində sonuncu yerə enib.

APA-Economics”in ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi xəbərə görə, hesabat dövründə Rusiya ABŞ-a cəmi 138 min barel neft tədarük edib. Aylıq olaraq bu tədarüklər dekabrda 2,792 milyon bareldən 20 dəfədən çox azalıb.

Birinci yeri hələ də ABŞ-a 121,866 mln. barel neft tədarük edən Kanada tutur. İkinci yerdə ixracını 19,283 mln. barelə yüksəldən Meksika, üçüncü yerdə isə Səudiyyə Ərəbistanı (15,029 mln. barel) qərarlaşıb. İraq tədarükünü 7,86 milyon barelədək artıraraq dördüncü yerdə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR