Bank Of Baku

Rusiyanın enerji ixracı 2035-ci ilədək 179 mlrd. dollar azala bilər

Rusiyanın enerji ixracı 2035-ci ilədək 179 mlrd. dollar azala bilər
# 03 sentyabr 2021 11:03 (UTC +04:00)

"Sberbank" enerjiyə keçid səbəbindən 2035-ci ilədək Rusiyanın enerji ixracının 179 mlrd. ABŞ dolları azalacağını proqnozlaşdırır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Sberbank"ın rəhbəri Qerman Qref bildirib.

O bildirib ki, bankın araşdırmasına görə, 2050-ci ilə qədər azalma 192 mlrd. dollar təşkil edəcək: "Əlbəttə ki, söhbət yanacağın enerji mənbələri şəklində birbaşa istifadəsindən gedir". Bankir hesab edir ki, əgər Rusiya qaz və neft kimyası texnologiyalarını daha ekoloji cəhətdən təmiz sistemlərə çevrə bilsə, digər rəqəmlər görmək mümkün olacaq.

"Sberbank"ın mütəxəssisləri 2050-ci ilədək neft və qaz kondensatı istehsalının potensial azalmasını 72%, qazın – 52%, yanacaq kömürün – 90% səviyyəsində olacağını proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR