Rusiya və Azərbaycan arasında iqtisadiyyat sahəsində əlaqələr dinamik inkişaf edir.
Bunu APA-nın Rusiya bürosuna müsahibəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.
Rusiyalı nazir ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğunu kimi iqtisadiyyat sahəsində də münasibətləri dinamik inkişaf etdirdiyini vurğulayıb: “Deyərdim ki, Azərbaycanla iqtisadi münasibətlərdə yeni səviyyəyə çıxmışıq. Bu çox önəmlidir. Çalışırıq ki, birgə çoxsaylı layihələr həyata keçirək. İqtisadi münasibətlərin hazırki səviyyəsinə gəldikdə, faktlar onu göstərir ki, bu əlaqələr dinamik inkişaf edir. Qarşılıqlı investisiya layihələrimizin həcmi ildən-ilə artır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmində də ötən illə müqayisədə artım müşahidə olunub. Ona görə də ancaq irəliyə baxmaq və hərəkət etmək lazımdır”.