Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisindən qaz tranzitini dekabr ayı səviyyəsinə qədər artırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb.
Bildirilib ki, avqust ayında “Qazprom” Ukrayna ərazisindən tranzitlə Avropaya qaz tədarükünü gündəlik 42,1 milyon kubmetrə çatdırıb.
"Vedomosti"nin şirkətin məlumatlarına əsaslanan hesablamalarına görə, qaz tranziti ötən ilin dördüncü rübünün səviyyəsinə çatıb. Ümumilikdə, avqustun yekunlarına görə şirkət bu marşrutla Avropa bazarına 1,3 milyard kubmetr qaz tədarük edib.