Bank Of Baku

Rusiyanın "Urals" neftinin qiyməti 2014-cü ildən ilk dəfə 95 dolları ötüb

Rusiyanın "Urals" neftinin qiyməti 2014-cü ildən ilk dəfə 95 dolları ötüb
# 07 fevral 2022 14:42 (UTC +04:00)

Rusiyanın "Urals" markalı neftinin bir barelinin Avropada qiyməti 95 ABŞ dolları həddini ötüb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Argus" beynəlxalq qiymət agentliyinin açıqlamasında deyilir.

Məlumata görə, bu, fevralın 4-də qeydə alınıb və 2014-cü il sentyabrın 17-dən bəri ilk dəfə baş verib. Həmin gün Rusiya neftinin kotirovkaları 96,18 dollar/barelə çatmışdı.

Rusiya nefti yüksək geosiyasi gərginlik şəraitində dünya bazarında neftin qiymətinin artmasından sonra bahalaşmağa başlayıb. Bundan əlavə, qiymətlərə enerji tələbatının sürətlə bərpası ilə əlaqədar bazarda kifayət qədər xammal təmin olunmaması qorxusu təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR