Bank Of Baku

Sabah Masallı, Xızı və Siyəzən rayonlarında qaz olmayacaq

Sabah Masallı, Xızı və Siyəzən rayonlarında qaz olmayacaq
# 14 fevral 2024 17:47 (UTC +04:00)

Sabah Masallı, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “APA-Economics” SOCAR “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, "Masallı 1 və 2” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində və "Yaşma-Siyəzən” yüksək təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 15.02.2024-cü il saat 10:00-dan “Yaşma Qəbul” ölçü qovşağından və saat 14:00-dan “Masallı 1 və 2” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Masallı, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR