Sabahdan Aİ 95 markalı benzinin kəskin ucuzlaşacağı gözlənilir

Sabahdan Aİ 95 markalı benzinin kəskin ucuzlaşacağı gözlənilir
# 30 iyun 2024 19:35 (UTC +04:00)

Aİ 95 markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir.

APA xəbər verir ki, telegram kanallarının məlumatına görə, ucuzlaşma sabahdan olacaq.

Hazırda Aİ 95 markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.

Qeyd edək ki, Aİ 95 markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

Azərbaycanda Aİ 95 markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR