Bank Of Baku

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan karbohidrogenlərin həcmi açıqlanıb

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan karbohidrogenlərin həcmi açıqlanıb
# 17 dekabr 2024 16:47 (UTC +04:00)

Kommersiya məqsədli hasilatın başlanıldığı 30 iyun 2018-ci ildən 1 dekabr 2024-cü ilədək “Şahdəniz-2” layihəsi çərçivəsində 66,6 mlrd. kubmetr qaz hasil edilib.

Bu barədə “APA-Economics” SOCAR-ın məlumatına istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə “Şahdəniz-2” layihəsi çərçivəsində 11,5 mln. ton kondensat hasil edilib.

Qeyd olunub ki, 17 dekabr 2013-cü il tarixində “Şahdəniz” Konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin 2-ci mərhələsi üzrə yekun investisiya qərarı imzalanıb.

Xatırladaq ki, “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan Avropaya qazın nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR