Bank Of Baku

"Şahdəniz" qazının ixracı 6% artıb

"Şahdəniz" qazının ixracı 6% artıb
# 14 avqust 2023 16:33 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 23 978,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 53,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 12 737,9 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6%-lik artım).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR