Bank Of Baku

"Şahdəniz"də qaz və kondensat hasilatı kəskin artıb

"Şahdəniz"də qaz və kondensat hasilatı kəskin artıb
# 01 avqust 2019 16:06 (UTC +04:00)

Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında 8,4 mlrd. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 68% çoxdur.

AÇG-nin operatoru olan BP şirkətindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-iyun aylarında yataqdan 2 mln. ton qaz kondensatı çıxarılıb ki, bu da 82%-lik artım deməkdir.

Ötən ilin iyul ayının sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.

Qeyd edək ki, 2019-cu ilin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə 376 mln. dollar əməliyyat xərcləri və 555 mln. dollardan artıq əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzSD (10%), SGC Upstream (6,7%), PETRONAS (15,5%), LUKOIL (10%), NİKO (10%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR