Bu il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında 3 hasilat quyusunun qazılması nəzərdə tutulub.
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim Oliri (Jim O'Leary) bildirib.
Onun sözlərinə görə, quyuların qazması "Heydər Əliyev" qazma quyusu vasitəsilə həyata keçiriləcək
Cim Oliri deyib ki, quyuların tamamlanması işləri "İstiqlal" qazma qurğusu vasitəsilə aparılacaq.