Bank Of Baku

"Şahdəniz"də qaz hasilatı ötən il 27% artıb

"Şahdəniz"də qaz hasilatı ötən il 27% artıb
# 10 fevral 2022 12:33 (UTC +04:00)

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 23 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 27,1% çoxdur.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövrü yataqda təqribən 4 mln. ton (34 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,1% çoxdur.

Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 72 mln. (ildə 26 mlrd. artıq) standart kubmetrdir, bu da illik müqayisədə 28,6% çoxdur.

Hesabata əsasən, 2021-ci il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə 2 mlrd. dollardan artıq əməliyyat xərcləri və təxminən 680 mln. dollar əsaslı xərclər çəkilmişdir. Xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR