Bank Of Baku

"Şahdəniz"də yeni platforma tikiləcək

"Şahdəniz"də yeni platforma tikiləcək
# 24 yanvar 2025 10:52 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında yeni platforma tikiləcək.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, tikiləcək platforma kompressor platforması olacaq.

Tamam Bayatlı onu da qeyd edib ki, platformanın tikintisinin əsas məqsədi, yataqda qaz hasilatının davamlılığını və aşağı təzyiqli qazın yığılmasını təmin etməkdir.

"Platformada daimi işçi heyyəti olmayacaq, onun işi tam qıraqda idarə olunacaq. Mütəxəssislər yalnız texniki baxış üçün platformaya cəlb olunacaq", - Tamam Bayatlı qeyd edib.

Onun sözlərinə görə, bu il fevralın üçüncü həftəsində layihənin Ətraf və Sosial Mühitə təsirin Qiymətləndirilməsi həsabatı üzrə ictimai dinləmələr keçiriləcək.Platformanın tikintisi üzrə son investisiya qərarı da bu il qəbul olunacaq.

"Alfa" və "Bravo" platformalarından gələn aşağı təzyiqli qaz yeni platformada toplanacaq və burada təzyiq artırıldıqdan sonra Səngəçal terminalına göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR