Bank Of Baku

“Şahdəniz”dən gəlirlər 2 dəfəyə yaxın artıb

“Şahdəniz”dən gəlirlər 2 dəfəyə yaxın artıb
# 07 aprel 2023 11:36 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 646,359 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 1,8 dəfə çoxdur.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 359,125 mln. ABŞ dollarına bərabər olub.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.04.2023 tarixinə) 128,166 mln. dollar olub, bu da həmçinin, 2 dəfə artım deməkdir. Belə ki, 2022-ci ilin birinci rübündə ARDNF kondensatın satışından 62,494 mln. ABŞ dolları əldə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR