Azərbaycanın geniş enerji mənbələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artıracaq.
"APA-Economics" xəbər verir ki, bunu “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfrans zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Azərbaycanda alternativ enerji mənbələrinin, yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində müvafiq işlər aparılır.
Sahibə Qafarova onu da əlavə edib ki, yaşıl iqtisadiyyata keçid tədricən və dayanıqlı şəkildə reallaşacaq.