Azərbaycanın qeyri-neft ixracı məhsullarının çeşidlərində artım müşahidə edilir.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023”də çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
“Azərbaycan xarici iqtisadi fəaliyyətinin əmtəə nomeklaturası üzrə 5700 maldan 1990-nın ixrac edib. Bunun 1234-ü son ildə davamlı ixrac edilib. Yeni məhsulların qeyri-neft ixracına töhfəsi artır. Son üç ildə 35 adda məhsul ixrac səbətinə daxil olub və onların həcmləri də davamlı artmaqdadır”- Şahmar Mövsümov əlavə edib.