Bank Of Baku

Salyan RQİİ-nin əməkdaşları təltif edilib

Salyan RQİİ-nin əməkdaşları təltif edilib
# 13 oktyabr 2022 10:51 (UTC +04:00)

"Bu gün kəndlərin qazlaşdırılması prosesində sizin əziyyətiniz danılmazdır. Odur ki, SOCAR "Azəriqaz" İB rəhbərliyinin hər zaman diqqətindəsiniz".

"Azəriqaz" İB-dən “APA-Economics”ə verilən məlumata görə, bunu İB-nin baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşü zamanı qeyd edib. O, baş direktorun adından nəzarətçi-çilingərlərə təşəkkür edib.

Daha sonra Ceyhun Şıxəliyev Salyan RQİİ-nin xidmət sahələrində çalışan ümumilikdə 15 əməkdaşı SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb, onlara işlərində uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR