Bank Of Baku

Samir Axundov: Yaşıl enerji sahəsində yeni tarif metodologiyası olmalıdır

Samir Axundov: Yaşıl enerji sahəsində yeni tarif metodologiyası olmalıdır
# 05 iyun 2024 16:21 (UTC +04:00)

Yaşıl enerji şəbəkəsinin gücləndirlməsi üçün layihələr həyata keçirməliyik.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda panel müzakirəsi zamanı Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) idarə heyətinin sədri Samir Axundov deyib.

O, bildirib ki, şəbəkənin stabilliyini qorumaq üçün çoxlu investisiya lazımdır:

"Biz investisiya, xərclər və uyğunluq barədə danışırıqsa, bunu təmin etməliyik. Yeni bir tarif metodologiyası həyata keçirməliyik ki, bu investisiyaları tətbiq edə bilək və uduzan tərəflər olmasın. Elə bir metodologiya qoymalıyıq ki, dəyər generasiyasından tutmuş enerji saxlanclarına qədər dəyər zəncirlərinin bütün məqamlarını əhatə edə bilək. Şəbəkəyə investisiya qoyulmalıdır. Eyni zamanda, bərpa olunan enerji layihəsinə investisiya qoyulmazdan əvvəl bizə ənənəv mövcud elektrik stansiyalarına da investisiyaların qoyulması, onların müasirləşdirilməsi və bərpa edilməsi lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR