“Satti” qazma qurğusu yenidən Qazaxıstana qayıda bilər

“Satti” qazma qurğusu yenidən Qazaxıstana qayıda bilər
# 06 iyun 2022 17:35 (UTC +04:00)

“Satti” özüqalxan qazma qurğusu öz işini Xəzərin Qazaxıstan sektorunda davam edə bilər.

Bu barədə “APA-Economics"ə neft-qaz bazarındakı mənbədən bildirib.

Mənbə “Satti”nin nə zaman Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək” perspektiv strukturunun ilk kəşfiyyat quyusunun qazılmasına nə zaman cəlb olunması ilə bağlı suala cavab verərkən qeyd edib ki, bu məsələ hələ dəqiqləşməyib və hazırda “Babək” strukturunda quyunun qazılması demək olar danışıqlar prosesindədir.

“Ola bilsin ki, qurğu yenidən Qazaxıstanda işləməyə başlasın”, - mənbə vurğulayıb.

Onun sözlərinə görə, belə olduğu halda qurğu Qazaxıstanda da "Caspian Drilling Company" (CDC) şirkəti tərəfindən idarə ediləcək.

Daha əvvəl SOCAR-dan verilən məlumata görə, “Babək” perspektiv strukturunun dayaz sulu hissəsində (63 metr) ilk kəşfiyyat quyusunun qazılmasına 2023-cü ilin I rübündə başlanıla bilər. Quyunun qazılmasının “Satti” qurğusu vasitəsilə aparılacağı planlaşdırılıb.

“Qazma əməliyyatlarına 2023-cü ilin I rübündə başlanılması ilə kəşfiyyat 2023-cü ilin sonuna gözlənilir”, - şirkətdən bildirilmişdi.

Qeyd edək ki, bu ilin fevralında əsas payı SOCAR-a məxsus olan "Caspian Drilling Company" (CDC) şirkəti və Qazaxıstanın "KazMunayGas" milli şirkətinin törəməsi olan "KMG Drilling & Services" arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Satti" qurğusu vasitəsilə quyuların qazılmasına dair müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR