Paşha Bank
Bank Of Baku

Sədr: Qarabağla Şərqi Zəngəzurdakı qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov

© APA | "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov

# 24 sentyabr 2026 16:38 (UTC +04:00)

Dövlət Proqramının icrası ilə artıq xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda yeni bir dövr başlayır.

"APA-Economics" xəbər verir ki, bunu "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat brifinqi zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yerləşən qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir: "Bildiyiniz kimi, Ağdərə rayonunun Canyataq kəndinin ərazisində yerləşən Dəmirli mis mədənində istismar işlərinə artıq başlanılıb, Kəlbəcər rayonunda yaxın dövrdə hasilatın başlanması nəzərdə tutulur. Zəngilan rayonunda mövcud ehtiyatlarının müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, resurs bazasının dəqiqləşdirilməsi və gələcək hasilat üçün zəruri texniki və infrastruktur işləri görülür. Dövlət başçısının da vurğuladığı kimi, Qarabağla yanaşı, ətraf rayonlarda da böyük mineral resurs potensialı mövcuddur. Bu səbəbdən ən müasir geoloji texnologiyalar tətbiq edilməklə genişmiqyaslı kəşfiyyat işlərinə start verilib və yeni yataqların müəyyənləşdirilməsi hədəflənir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR