“Səngəçal” modul tipli Elektrik Stansiyasında istismara verildiyi tarixdən cari ilin 01 dekabr tarixinədək ümumilikdə 16,04 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Energetika Nazirliyi “Facebook” səhifəsində paylaşım edib.
Məlumata görə, Stansiyada 2021-ci ildə 1,06 mlrd. kVt-saat, 2022-ci ilin 11 ayı ərzində isə 0,8 mlrd. kVt-saatt elektrik enerjisi istehsal edilib.
Qeyd olunur ki, 2008-ci ilin 23 dekabr tarixində “Səngəçal” modul tipli Elektrik Stansiyası istismara verilib. Hər birinin gücü 16,62 MVt olan 18 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarət stansiyanın ümumi qoyuluş gücü 300 MVt təşkil edir.