Bank Of Baku

Səngəçal terminalından qazın nəqli kəskin artıb

Səngəçal terminalından qazın nəqli kəskin artıb
# 05 may 2022 13:49 (UTC +04:00)

Bu ilin birinci rübündə Səngəçal terminalı Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri vasitəsilə 57 mln. barel neft və kondensat ixrac edib ki, bu da illik müqayisədə 5% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, o cümlədən ötən dövr terminal 51 mln. barel (-1,92%) BTC və 6 mln. barel (25% azalma) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa kəməri) marşrutu vasitəsilə ixrac edib.

Məlumata əsasən, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 mln. kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

"Rüb ərzində terminaldan həmçinin. gündəlik orta hesabla təxminən 71 mln. standart kubmetr (+26,7% - red.) "Şahdəniz" qazı göndərilib", - hesabatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR