Bank Of Baku

Sentyabrda Azərbaycan 607 min barrel neft hasil edib

Sentyabrda Azərbaycan 607 min barrel neft hasil edib
# 19 oktyabr 2023 13:05 (UTC +04:00)

Sentyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 491 min barrel təşkil edib.

Bu barədə "APA-Economics"ə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, 2023-cü ilin sentyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 607 min barrel olub. Bunun 491 min barrelini xam neft, 116 min barrelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir. Başqa sözlə, Azərbaycan OPEC kvotasını 71,8 %-ni istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR