Səudiyyə Ərəbistanı könüllü olaraq sutkalıq neft hasilatını 1 milyon barel azaltmaqla bağlı qərarının müddətini artırıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı agentliyi məlumat yayıb.
“Səudiyyə Ərəbistanı neft hasilatını sutkada könüllü olaraq bir milyon barel azaltmaqla bağlı qərarını daha bir ay uzadıb”, - deyə məlumatda bildirilir.