Bank Of Baku

“Sila Sibiri” qaz kəmərinin yeni hissəsi istifadəyə verilib

“Sila Sibiri” qaz kəmərinin yeni hissəsi istifadəyə verilib
# 21 dekabr 2022 17:18 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin İrkutsk vilayətindəki “Kovıktinskoye” yatağı və ondan videobağlantı vasitəsilə “Sila Sibiri” (“Sibirin Gücü”) qaz kəmərinin Kovıqta-Çayanda hissəsini işə salıb.

Bu barədə “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, “Kovıktinskoye” Şərqi Sibirdə ən böyük olan unikal qaz-kondensat yatağıdır. Onun çıxarıla bilən ehtiyatları 1,8 trilyon kubmetr qazdır.

Xatırladaq ki, “Sila Sibiri” kəməri vasitəsi ilə Rusiya Qazı Çinə ixrac olunur. Sözügedən kəmərlə qazın nəqlinə 2019-cu ilin sentyabrında başlanılıb. Qaz kəmərinin maksimal illik ixrac gücü 38 mlrd. kubmetrdir. Maksimal göstəricilərə "Qazprom" 2025-ci ildə nail olmağı planlaşdırır. 30 müqavilə ilində Çin istehlakçıları bu kəmərlə 1 trln. kubmetrdən çox qaz alacaqlar. Boru kəmərinin inşası beş il davam edib və 1,1 trln. rubla başa gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR