“Şimal-2” Elektrik Stansiyası istismara verildiyi tarixdən 2022-ci ilin avqust ayınadək burada ümumilikdə 8,92 mlrd. kVt·st elektrik enerjisi istehsal olunub.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.
“2019-cu ilin sentyabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə layihə gücü 409 MVt olan “Şimal-2” Elektrik Stansiyası istismara verilib. Stansiyada istismara verildiyi tarixdən 2022-ci ilin avqust ayınadək ümumilikdə 8,92 mlrd. kVt·st elektrik enerjisi istehsal olunub”, - paylaşımda qeyd olunub.