Avropa İttifaqı (Aİ) enerji sektorunda Qazaxıstanla daha sıx əməkdaşlıq etmək istərdi.
"APA-Economics" TASS-a istinadən verdiyi məlumata görə, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
"Biz Avropa İttifaqı ilə Qazaxıstan arasında daha sıx əməkdaşlıq görmək istərdik, çünki Avropa İttifaqı etibarlı enerji təchizatını təmin etmək üçün diversifikasiya imkanlarını axtarır. Biz hamımız görürük ki, Mərkəzi Asiya etibarlı tərəfdaş və diversifikasiya üçün tamamilə etibarlı mənbə ola bilər", - nazir qeyd edib.
Onun sözlərinə görə, Aİ Qazaxıstanı regionda əsas dayaq hesab edir, ona görə də Astana ilə əməkdaşlıq Avropa məqsədinin həyata keçirilməsinə töhfə verməlidir.