Macarıstanın Azərbaycandan aldığı təbii qaz ölkənin qaz təchizatının şaxələndirilməsini təmin edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ölkəsi Türkiyə ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artıracaq.