SOCAR və ona tabe olan qurumlar tərəfdən 2007-2018-ci illər ərzində Gürcüstan iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox sərmayə yatırılıb.
“APA-Economics”in SOCAR-ın Davamlı inkişaf üzrə hesabatına istinadən verdiyi məlumata görə, SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Georgia Petroleum”, “SOCAR Gas Export-Import”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Gas Distribution”, “Black Sea Terminal” və digər şirkətlər vasitəsilə həyata keçirilir.
"SOCAR Georgia Petroleum" MMC Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir.
Hesabata əsasən, "SOCAR Georgia Petroleum" şirkətinə qonşu ölkədə 115 yanacaq doldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalı məxsusdur
Bunda əlavə, “SOCAR Georgia Gas”ın əsas fəaliyyəti Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin eedir. “SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən artıq abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir.
“SOCAR Gas Export-Import”un əsas fəaliyyəti isə Gürcüstanın bütün sosial sektorunda fasiləsiz qaz təchizatı üçün zəruri olan həcmdə təbii qazın iki qrup istehlakçıya: əhali və enerji istehsalı obyektlərinə çatdırılmasına yönəldilib.
Ötən il SOCAR, Gürcüstana 1 399,7 milyon kubmetr qaz ixrac edib, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 1,4% çoxdur.