SOCAR NFC tipli abonent smart kartla əməliyyat aparan, qabaqcadan ödəniş modulu ilə təchiz edilmiş, 243 min məişət qaz sayğaclarına və 100 min NFC tipli abonent smart kartlarına olan tələbatını təmin etmək məqsədi ilə açıq tender müsabiqəsi elan edib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün
iştirak haqqında müraciət, iştirak haqqının ödənilməsi barədə bank sənədi, müsabiqə təklifinin təminatı, müsabiqə təklifi təqdim edilməlidir.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 28.06.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində təqdim olunmalıdır. Göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaq.
Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 10.07.2019-cu il, Bakı vaxtı ilə saat: 16:00-a qədər satınalan təşkilata təqdim olunmalıdır.
Zərflərin açılışı 11.07.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da baş tutacaq. Müsabiqə üç lot üzrə (G-4 sayğacları, G-6 sayğacları və NFC Smart kartları) elan edilib.