SOCAR alternativ enerji sahəsində iki sənəd imzalayıb

SOCAR alternativ enerji sahəsində iki sənəd imzalayıb
# 04 iyun 2022 12:55 (UTC +04:00)

Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində təşkil olunan xüsusi sessiya çərçivəsində SOCAR ilə BP arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

"APA-Economics"in verdiyi xəbərə görə, sənədi SOCAR birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf və BP-nin Regional prezidenti Qari Counz imzalayıblar.

Məlumata görə, sənəd Azərbaycan Respublikasında bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutur.

Bundan başqa, SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi SOCAR birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf və "Masdar" şirkətinin İcraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharrami imzalayiblar.

İmzalanan sənəd Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyır.

Qeyd edək ki, hər iki sənədin imzalanmasında məqsəd neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılmasını və enerji səmərəliliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqini və bərpa olunan enerji mənbələrinin birgə inkişafını təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR