Bank Of Baku

SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider elan edilib

SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider elan edilib
# 27 sentyabr 2019 14:10 (UTC +04:00)

SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider elan olunmuş ilk Azərbaycan şirkəti seçilib.

SOCAR AQŞ-dən “APA-Economics”ə verilən məlumata əsasən, BMT-nin Nyu Yorkda keçirilən Qlobal Saziş Liderləri həftəsində SOCAR AQŞ dünyanın aparıcı korporativ təşəbbüskarları arasında ən fəal iştirakçı kimi dəyərləndirilibdünyanın aparıcı korporativ təşəbbüskar şirkəti seçilib.

Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin Lider şirkəti təşkilatın Qlobal Sazişi qarşısındakı öhdəliyini nümayiş etdirmək üçün təşkilatın Fəaliyyət Platformalarından ən azı ikisində iştirak edən, təşkilatın 10 prinsipinə və Qlobal Məqsədlərinə uyğun olan qabaqcıl təcrübələrini müəyyənləşdirərək həyata keçirən, bu prinsiplərin reallaşdırılması ilə bağlı ətraflı hesabat təqdim edən şirkətlər arasından seçilir.

SOCAR AQŞ BMT-nin Qlobal Sazişi qarşısındakı öhdəliyini ‘’Davamlı İnkişaf Məqsədləri’’ və ‘’Beynəlxalq Təchizat Zəncirində Düzgün İş’’ fəaliyyət platformalarında iştirak etməklə nümayiş etdirib. Qlobal Sazişin hər bir fəaliyyət platforması şirkətləri, yerli Saziş şəbəkələrini, aparıcı mütəxəssisləri, vətəndaş cəmiyyətlərini, hökumətləri və BMT tərəfdaşlarını mürəkkəb və aidiyyatı məsələləri həll etməyə və Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində innovativ yanaşma sərgiləməyə dəvət edir.

SOCAR AQŞ 2018-ci ilin noyabrından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR