SOCAR Avropa ölkələri ilə infrastrukturun genişləndirilməsi üzrə müzakirələr aparır

SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova

© APA | SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova

# 06 iyun 2024 11:10 (UTC +04:00)

Azərbaycan Avropaya təbii qaz ixracını artırmaqdadır. 2021-ci illə müqayisədə Avropaya ixracın həcmi 40% artıb.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova deyib.

"Artan ixrac mövcud infrastrukturun optimallaşdırılması ilə mümkün olub. Bizin əsas təchizatçı ölkəmiz Bolqarıstandır. Biz SOCAR olaraq Avropa ölkələri ilə infrastrukturun genişləndirilməsi ilə bağlı müzakirələr aparırıq. Bununla yanaşı, SOCAR neft-qaz hasilatı və mayeləşdirilmiş təbii qaz sahəsində yeni layihələr həyata keçirməyi nəzərdə tutub" - Səriyyə Bünyatova əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR