SOCAR üzrə bu il neft hasilatı 7 583,8 min ton olacağı proqnozlaşdırılır ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 0,6% çoxdur.
Bu barədə “APA-Economics”ə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə bildirib.
Qeyd edək ki, SOCAR-ın məlumatına görə, 2018-ci ildə şirkət 7 542,0 min ton neft hasil edib.
Mənbə xatırladıb ki, bu il Azərbaycanda 37 990 min tona yaxın neft hasil ediləcək ki, bu da 2%-lik azalma deməkdir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, 2018-ci ildə ölkədə 38 758,0 min ton neft istehsal edilib, bu da 2017-ci ilin göstəricisi ilə bərabərdir.
Qeyd edək ki, bu il Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz blokunda planlaşdırılmış təmir üçün iki özülün işinin dayandırılması nəzərdə tutulur. Belə ki, aprel ayında "Mərkəzi Azəri" özülü nəzərdə tutulmuş işlərin aparılması üçün dayandırılıb. "Qərbi Çıraq" özülünün işinin dayandırılması oktyabr ayına planlaşdırılıb. Bu işlərin aparılması ölkədə neft hasilatın bir qədər azalmasına səbəb ola bilər.