SOCAR bu il neft və qaz hasilatını azaldıb

SOCAR bu il neft və qaz hasilatını azaldıb
# 14 oktyabr 2024 13:14 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında SOCAR 5,6 mln. ton neft və qaz kondensatı hasil edib, bu da illik müqayisədə 3,4% azdır.

"APA-Economics” xəbər verir ki, ötən ilin müvafiq dövründə SOCAR 5,8 mln. ton neft və qaz kondensatı hasil edib.

Məlumata görə, cari ilin 9 ayında SOCAR 5,7 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 11% azdır.

Xatırladaq ki, ötən ilin yanvar-sentyabr ayıarında SOCAR 6,4 mlrd. kubmetr qaz hasil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR