Bank Of Baku

SOCAR-ın vitse-prezidenti: AÇG-də neftvermə əmsalı artırıla bilər

SOCAR-ın vitse-prezidenti Babək Hüseynov

© APA | SOCAR-ın vitse-prezidenti Babək Hüseynov

# 06 iyun 2024 12:33 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli' (AÇG) neft-qaz yataqlarında neftvermə əmsalını 50%-ə çatdırmaq olar.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda bu göstərici 30-40% təşkil edir, lakin bunu 50%-dək artırmaq imkan var.

2Hazırda burada neftvermə əmsalı 30-40%-dir, lakın biz istəyirik ki, bu göstərici daha yüksək olsun, onu 50%-ə çatdırmaq istəyirik. Yataqların artıq 30 ildir istismar edilməsinə baxmayaraq, AÇG-də neftvermə əmsalını artırmaq üçün imkanlar var, burada çox yüksək keyfiyyətli quyular mövcuddur”, - Babək Hüseynov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR