Neft qiymətlərini şərtləndirən əsas faktorlar maye karbohidrogenlərin istehlakı və istehsalı ən azı cari səviyyədə saxlamaq üçün lazım olan investisiya həcmləridir.
"APA-Economics"in məlumatına görə, bu barədə SOCAR-ın Rusiyadakı törəmə “SOCAR-Rus” şirkətinin baş direktoru Fərid Cəfərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF-2021) NEWS.ru-ya müsahibəsində deyib.
"Enerji istehlakının payına düşən maye karbohidrogenlərin istehlakının xüsusi çəkisi azalacaq. Lakin eyni zamanda, istehsal səviyyəsini ən azı indiki səviyyədə saxlamaq üçün tələb olunan investisiya həcmi şirkətlər tərəfindən yerinə yetirilmir. Gələcəkdə "yaşıl" təşəbbüslər və hasilat sənayesi üçün maliyyə mənbələrinin təminatındakı məhdudiyyətlər daha az investisiya qoyuluşu probleminə səbəb olacaq ki, bu da maye karbohidrogenlərin defisitinə və bahalaşmasına gətirib çıxara bilər", - deyə F. Cəfərov bildirib.
SOCAR: Maye karbohidrogenlərin defisiti və bahalaşması gözlənilir
05 iyun 2021 12:40 (UTC +04:00)
Sənaye və energetika
Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub
17:23
2 iyun 2024
SOCAR İsrailə neft satmır, şirkətin Türkiyə ofisinə hücumun detalları bəlli olub
14:03
2 iyun 2024
Dünya bazarlarında neft ucuzlaşıb
11:00
1 iyun 2024
Azərbaycan neftinin qiyməti 82 dollara enib
10:59
1 iyun 2024