Bank Of Baku

SOCAR qaz emalını 10%-dən çox artırıb

SOCAR qaz emalını 10%-dən çox artırıb
# 24 oktyabr 2022 10:04 (UTC +04:00)

Bu ilin üçüncü rübündə ölkə daxilində 2,5 mlrd. kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.

“Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 mln. ton neft, 898 mln. kubmetr qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6% artıb”, - məlumatda qeyd olunub.

Məlumata əsasən, rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 591 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR