Bank Of Baku

SOCAR: Qazaxıstan neftinin BTC vasitəsi ilə nəqli 2.2 mln. tona çatdırılacaq

SOCAR: Qazaxıstan neftinin BTC vasitəsi ilə nəqli 2.2 mln. tona çatdırılacaq
# 06 iyun 2024 13:32 (UTC +04:00)

2023-cü ildə 1.3 milyon ton Qazaxıstan xam nefti Bakı-Tiblisi-Ceyhan (BTC) vasitəsi ilə nəql edilib.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov deyib.

O bildirib ki, Qazaxıstan neftinin Azərbaycan vasitəsi ilə ixrac edilməsi ilə bağlı yeni razılaşmalar imzalanıb. Bu razılaşmalara görə, Qazaxıstan neftinin Azərbaycan terminalları vasitəsi ilə ötürülən həcminin 2.2 milyon tona çatdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR