Bank Of Baku

“SOCAR RUS”un üçillik biznesin inkişafı strategiyası təqdim olunub

“SOCAR RUS”un üçillik biznesin inkişafı strategiyası təqdim olunub
# 04 aprel 2023 14:03 (UTC +04:00)

Bu gün SOCAR-ın Rusiya Federasiyasındakı törəmə müəssisəsi olan “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, iclasda “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının üzvləri və şirkətin rəhbər heyəti iştirak edib.

Görüş çərçivəsində “SOCAR RUS” MMC-nin cari ilin birinci rübündəki fəaliyyəti və görülən işlərin yekunlarına dair hesabatı müzakirə edilib. Görüşdə, həmçinin “SOCAR RUS” MMC-nin 2023-2025-ci illər üzrə biznesin inkişafı strategiyası iştirakçılara təqdim edilib, şirkətin idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi və bu kimi digər məsələlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR