Bank Of Baku

SOCAR: Təbii qazsız əlçatan enerji keçidi mümkün olmayacaq

SOCAR: Təbii qazsız əlçatan enerji keçidi mümkün olmayacaq
# 04 iyun 2025 12:34 (UTC +04:00)

Təbii qaz olmasa əlçatan enerji keçidi mümkün olmayacaq.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edərkən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, 2035-ci ildə SOCAR qazla işləyən qarışıq portfelə (bərpa olunan enerji daxil olmaqla - red.) malik enerji şirkətinə çevriləcək.

"Qaz olmasa, biz ədalətli, sərfəli, ən əsası təmiz enerjiyə keçidi təmin edə bilməyəcəyik. Bu sadəcə mümkün deyil", - Əfqan İsayev qeyd edib.

O bildirib ki, SOCAR-ın hazırda təşviq etdiyi aşağı karbonlu bizneslərdən biri də bərpa olunan enerji istehsalıdır.

"Keçən ilin mart ayında biz “SOCAR Green” MMC-ni yaratdıq. Bu, bizim tam sahibi olduğumuz törəmə müəssisəmizdir. O, SOCAR-da bərpa olunan enerji portfelinin inkişafına cavabdehdir", - Əfqan İsayev vurğulayıb.

Onun sözlərinə görə, "SOCAR Green" Azərbaycanda 2030-cu ilə qədər quraşdırılmış elektrik enerjisi gücündə bərpa olunan enerjinin payını 30% hədəfinə çatmaqda ölkənin bütün səylərində fəal iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR