Bank Of Baku

SOCAR Türkiyədəki STAR zavodunun anbar tutumunu artırır

SOCAR Türkiyədəki STAR zavodunun anbar tutumunu artırır
# 25 sentyabr 2019 12:42 (UTC +04:00)

SOCAR Türkiyədə STAR zavodunun xam neft və ara məhsul çənlərinin potensialını artıracaq layihəyə isə start verilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “SOCAR Türkiyə”nin törəməsi olan və ildə 10 mln. ton xam neft emal gücünə malik STAR zavodunun saxlama tutumunun artırılması məqsədi ilə yeni investisiya layihələri həyata keçirilir. Bunlardan “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi başa çatdırılaraq istifadəyə verilib, STAR neft emalı zavodunun xam neft və ara məhsul çənlərinin potensialını artıracaq layihəyə isə başlanılıb.

Məlumata əsasən, bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “SOCAR Türkiyə” İdarə Heyətinin sədri Vaqif Əliyev, “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov, STAR neft emalı zavodunun və layihədə iştirak edən podratçı şirkətlərin rəhbərləri iştirak edib.

Yeni investisiyalar “SOCAR Türkiyə”nin və müştərilərinin istifadə edəcəyi anbarların tutumunu 2,5 mln. kubmetrə çatdırmağa imkan verəcək.

“STAR neft emal zavodunda artıq 4 milyon ton xam neft emal olunmuşdur. Cari ilin sonuna qədər bu rəqəm 8 milyon tona çatacaq”, - deyə Rövnəq Abdullayev çıxışı zamanı qeyd edib.

Təntənəli mərasim ilə açılışı keçirilən “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi ümumilikdə 335 min kubmetrlik tutuma malik 12 çəni əhatə edir. Yeni layihənin həyata keçirilməsi ilə hazırda Egey bölgəsinin ən böyük saxlama terminalı olan bu obyekt Türkiyənin 5 böyük terminalından birinə çevriləcək. Tikintisi 2017-ci ilin sentyabrında başlamış obyekt dizel, benzin, təyyarə yanacağı və reformat məhsullarının saxlanılması üçün nəzərdə tutulub.

Hazırda təməli qoyulan “STAR neft emalı zavodunun xam neft və ara məhsul çənləri” layihəsi isə emal zavodunun anbar tutumunu artırmaqla yanaşı əməliyyat çevikliyini də təmin edəcəkdir. Əlavə 342 min kubmetr saxlama imkanı yaradan bu növbəti layihənin 2021-ci ilə tamamlanması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR