Bank Of Baku

SOCAR üzrə neftin istehsal maya dəyəri 12%-dən çox artıb

SOCAR üzrə neftin istehsal maya dəyəri 12%-dən çox artıb
# 14 dekabr 2023 18:45 (UTC +04:00)

Ötən il SOCAR üzrə 1 ton neftin istehsal maya dəyəri 129,45 manat təşkil edib.

"APA-Economics"in SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, ötən il şirkət üzrə neftin istehsal maya dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 13,93 manat və ya 12,1% artıb.

Sənədə əsasən, şirkət üzrə neftin hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi – 3,2%, yanacaq – 0,2%, elektrik enerjisi xərci 0,9%, əmək haqqı – 17,0%, sosial sığorta fonduna ayırmalar – 3,9%, əsas vəsaitlərin amortizasiyası – 19,8%, əsas vəsaitlərin təmiri 8,8%, əsas vəsaitlərə texniki xidmət – 4,7%, nəqliyyat xərcləri - 10,0%, mühafizə xərcləri – 2,4%, mədən vergisi - 7,9%, digər vergilər 4,9%, digər xidmətlər üzrə xərclər 13,8%, digər xərclər isə 2,5% təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR