Bank Of Baku

SOCAR və BOTAŞ Avropaya qaz satmaq üçün birgə şirkət yaradıb

SOCAR və BOTAŞ Avropaya qaz satmaq üçün birgə şirkət yaradıb
# 08 aprel 2023 14:54 (UTC +04:00)

Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR dövlət şirkətləri Avropaya qaz satmaq üçün birgə şirkət yaradıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

O qeyd edib ki, Azərbaycan Türkiyənin bölgədə qaz ixracatı mərkəzinə çevrilməsini dəstəkləyir.

“Balkan ölkələri bizdən və Azərbaycandan qaz tələb edir. Bu məsələ ilə bağlı birlikdə hərəkət edəcəyik. Xəzər ətrafındakı ölkələrin demək olar ki, hamısı qaz ehtiyatları olan ölkələrdir. Biz Xəzərin şərqindəki ehtiyatları Xəzərin qərbinə çatdırmaq üzərində işləyirik”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR