Bank Of Baku

SOCAR və Pakistan şirkəti arasında LNG tədarükü üzrə saziş imzalanıb

SOCAR və Pakistan şirkəti arasında LNG tədarükü üzrə saziş imzalanıb
# 24 iyul 2023 16:11 (UTC +04:00)

“Pakistan LNG Limited” (PLL) və “SOCAR Trading Company” (SOCAR-ın beynəlxalq marketinq və inkişaf qolu – red.) arasında mayeləşdirilmiş təbii qaz (LNG) yüklərinin alınmasına dair çərçivə sazişi imzalanıb.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, sövdələşmə İslamabadın enerji təhlükəsizliyi səylərinin bir hissəsidir, çünki nağd pul çatışmazlığı olan ölkə yüksək qiymətlər səbəbindən son aylarda beynəlxalq bazarlarda LNG satınalma sifarişlərini təmin edə bilməyib.

Məlumata görə, saziş çərçivəsində SOCAR Pakistana LNG-nin ayda bir partiya şəklində, çevik şərtlərlə və yükün çatdırılmasından sonra 30 gün müddətinə kredit xətti ilə tədarükünü illik müqavilə əsasında daha bir il uzatmaq imkanı təklif edib.

Qeyd olunur ki, sazişin regional inteqrasiya və əməkdaşlığa kömək edəcəyi və enerji təhlükəsizliyini gücləndirəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR