"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi 2022-2024-cü illər üçün təbii qaza olan orta qiymətlər üzrə proqnozunu yüksəldib.
Bu barədə "APA-Economics" S&P-yə istinadən xəbər verir.
Proqnoza görə, 2022-ci ildə Niderlandın TTF ("Title Transfer Facility") virtual qaz satış mərkəzində 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 30 ABŞ dolları təşkil edəcək ki, bu da əvvəlki proqnozdan 10 dollar çoxdur.
Agentliyin proqnozuna əsasən, bu il ABŞ-ın "Henry Hub" fiziki qaz satışı mərkəzində qazın qiyməti 1 mln. BTU üçün 4 dollar olacaq, bu da əvvəlki proqnozdan 0,5 dollar çoxdur.
"S&P"in qazın qiyməti üzrə 2022-2024-cü illə üçün proqnoz göstəriciləri:
|
$/mln BTU |
2022-ci il |
2023-cü il |
2024-cü il |
|||
|
|
Təzə |
Əvvəlki |
Təzə |
Əvvəlki |
Təzə |
Əvvəlki |
|
TTF |
30 |
20 |
18 |
13 |
12 |
9 |
|
Henry Hub |
4 |
3,5 |
3,25 |
3 |
2,75 |
2,75 |