Bank Of Baku

S&P: Azərbaycan martda “OPEC+” kvotasından 164 min barel geri qalıb

S&P: Azərbaycan martda “OPEC+” kvotasından 164 min barel geri qalıb
# 12 aprel 2023 16:23 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 520 min barel səviyyəsində olub.

Bu barədə “APA-Economics” “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalına istinadən xəbər verir.

Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, “S&P Global Commodity Insights”ın icmalına əsasən, Azərbaycan mart ayında "OPEC+" çərçivəsində kvotasından 164 min barel geridəqalıb.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin fevral ayında Azərbaycanda gündəlik xam neft hasilatı 531 min barel təşkil edib.

Xatırladaq ki, "OPEC+" 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 mln. barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayından hasilatı yenidən azaltdı - avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 mln. barel. Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.

Bundan əlavə may ayından etibarən bəzi “OPEC+” razılaşması ölkələri gündəlik neft hasilatını əlavə olaraq 1,66 mln. barel azaldacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR