Paşha Bank
Bank Of Baku

Standard Chartered: Azərbaycanın enerji təcrübəsi nəqliyyat və bərpa olunan enerjiyə investisiyaların cəlbinə imkan yaradır

“Standard Chartered Bank”ın Development & Agency Finance üzrə icraçı direktoru Desislava Radeva

© APA | “Standard Chartered Bank”ın Development & Agency Finance üzrə icraçı direktoru Desislava Radeva

# 25 sentyabr 2026 15:08 (UTC +04:00)

Azərbaycanın enerji sektorunda topladığı təcrübə və formalaşdırdığı beynəlxalq tərəfdaşlıqlar nəqliyyat və bərpa olunan enerji sahələrinə yeni investisiyaların cəlb edilməsi üçün yaxşı baza yaradır.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində panel müzakirəsində “Standard Chartered Bank”ın Development & Agency Finance üzrə icraçı direktoru Desislava Radeva bildirib.

Desislava Radevanın sözlərinə görə, investor etimadının gücləndirilməsi üçün yalnız investisiya imkanlarının mövcudluğu kifayət deyil, eyni zamanda beynəlxalq banklar tərəfindən maliyyələşdirilə bilən konkret layihələrin hazırlanması vacibdir.

Desislava Radeva bildirib ki, “Standard Chartered Bank” bu istiqamətdə layihələrin maliyyələşdirilə bilən formada strukturlaşdırılması, müxtəlif kapital mənbələrinin bir araya gətirilməsi və beynəlxalq ekspertizaya çıxışın təmin edilməsində rol oynaya bilər.

Desislava Radeva qeyd edib ki, bank infrastruktur və kapital qoyuluşları üçün uzunmüddətli borc maliyyələşdirilməsinin təşkilində ixtisaslaşıb və hazırda dünyanın 25 ixrac-kredit agentliyi ilə işləyir. İxrac-kredit agentliklərinin təminatlarından istifadə layihələr üzrə risklərin azaldılmasına, investor etimadının və layihələrin maliyyələşdirilə bilmə imkanlarının artırılmasına şərait yaradır.

Desislava Radeva nümunə kimi Türkiyədə həyata keçirilən 300 MVt gücündə, təxminən 250 milyon avro dəyərində günəş enerjisi layihəsini göstərib. Layihə Böyük Britaniyanın ixrac-kredit agentliyi UK Export Finance (UKEF) tərəfindən dəstəklənib. UKEF uyğun maliyyələşdirmə məbləği üzrə 100%-lik zəmanət təqdim edib.

Desislava Radeva digər nümunə kimi Ankara ilə İzmir arasında dəmir yolu layihəsini göstərib. Layihənin dəyərinin təxminən 2,4 milyard avro olduğunu bildirən Desislava Radeva onun Böyük Britaniyanın dəstəyi ilə strukturlaşdırıldığını və layihədə Böyük Britaniyanın təchizat zəncirinin imkanlarından istifadə edildiyini qeyd edib.

Desislava Radeva vurğulayıb ki, Azərbaycan enerji sektorunda artıq əhəmiyyətli təcrübəyə və beynəlxalq tərəfdaşlarla formalaşmış münasibətlərə malikdir. Bu təcrübə əsasında ölkədə nəqliyyat və bərpa olunan enerji sahələrində yeni investisiya imkanlarının inkişaf etdirilməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR